BAKI, 5 may. TELEQRAF
Rusiya Ermənistana qarşı hibrid müharibə üçün külli miqdarda pul xərcləyir.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ermənistana qarşı hibrid müharibə aparılır. Bunun üçün müxtəlif yerlərdən, xüsusən də şimal qonşumuz Rusiya tərəfindən külli miqdarda pul xərclənir. Bu hibrid müharibə o zaman aktivləşir ki, məsələn, Rusiya telekanallarının müxtəlif şərhçiləri Ermənistanda hakimiyyət dəyişikliyi barədə danışırlar, mitinqlər barədə anonslar verirlər. 2026-cı ildə keçiriləcək seçkilərdən əvvəl də bu baş verəcək, daha aktiv olacaq. Amma bunun əks effekti olacaq və hökumətin malik olduğu reytinq ikiqat artacaq.
Ermənistan xalqına güvəndiyim üçün heç kim tərəfindən çevriliş təhlükəsi görmürəm. Bunlar sadəcə söz xatirinə deyil, təcrübəyə əsaslanaraq danışıram. 2020-ci il müharibəsindən bəri bəri hakimiyyətin dəyişdirilməsi məqsədi müxtəlif qütblər və tərəflərin əsas məqsədi olub”, - spiker bildirib.