EN

Azərbaycanın 25 gənc güləşçisi "Çempionlar" turnirində mübarizə aparacaq

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri keçiriləcək.

Sabah Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turnirinə start veriləcək.

Operativ Media xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi yunan-Roma güləşi üzrə U20 milli komandamız təmsil edəcək.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 25 güləşçi ənənəvi turnirdə mübarizə aparacaq. 

55 kq Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov 

60 kq Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov 

63 kq Tural Əhmədov, Məhəmməd Qasımzadə 

67 kq Roman Kərimov, Elşən İslam 

72 kq Seymur Qasımov, Fəraim Mustafayev, Kamran Rəcəbli, Əli Məlikov 

77 kq Davud Məmmədov, Cavad Məmmədov 

82 kq Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı 

87 kq Orxan Hacıyev, Abdullah Həsənov 

97 kq İsmayıl Rzayev 

130 kq Məzaim Mərdanov, Museyi-Kazım Hüseyn 

Yarışda II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyevlə Kamran Baxışov ədaləti qoruyacaq.

Chosen
0
7
operativmedia.az

10Sources