AZ

25 güləşçimiz “Çempionlar” turnirində iştirak edəcək

Sabah Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turnirinə start veriləcək.

Apasport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda ölkəmizi yunan-Roma güləşi üzrə U20 milli komandamız təmsil edəcək.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 25 güləşçi ənənəvi turnirdə mübarizə aparacaq.

Heyətdə Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov (hamısı 55 kq), Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov (hamısı 60 kq), Tural Əhmədov, Məhəmməd Qasımzadə (hər ikisi 63 kq), Roman Kərimov, Elşən İslam (hər ikisi 67 kq), Fəraim Mustafayev, Seymur Qasımov, Kamran Rəcəbli, Əli Məlikov (hamısı 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Cavidan Nəhmətov, Elmin Əliyev,  Elvin Osmanlı (hamısı 82 kq), Orxan Hacıyev, Abdullah Həsənov (hər ikisi 87 kq), İsmayıl Rzayev (97 kq), Məzaim Mərdanov və Museyi-Kazım Hüseyn (hər ikisi 130 kq) yer alıb.

Yarışda II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyevlə Kamran Baxışov ədaləti qoruyacaq.

Elmin Əliyev beynəlxalq turnirdə qızıl medal qazanıb

Güləşçilərimiz Aşqabadda 3 medal qazanıblar

Ölkə birinciliyinə yekun vurulub

Yunan-Roma güləşində qaliblər müəyyənləşib

Ölkə birinciliyində yunan-Roma yarışlarına start verilib

Seçilən
0
9
apasport.az

10Mənbələr