Ağ evin rəhbəri bu barədə “Truth Social”da yazıb. Onun sözlərinə görə, Amerikada kino sənayesi sürətlə ölür: “Çünki başqa ölkələr bizim kinorejissorlarımızı və studiyalarımızı ABŞ-dan uzaqlaşdırmaq üçün hər cür təşviqlər təklif edir, hər üsula əl atırlar”.
Onun fikrincə, Hollivud və ABŞ-ın bir çox digər sahələri məhv olur: “Bu, digər dövlətlərin əlaqələndirilmiş səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir. Digər şeylərlə yanaşı, bu, həm də informasiya təsiri və təbliğat məsələsidir”.
AzVision.az