EN

“Neftçi“ “Atletiko”nun yetirməsini birdəfəlik transfer etməkdən vaz keçdi! - SON DƏQİQƏ

«Neftçi»nin bu ilin fevralında icarəyə götürdüyü Aleks Fernandesin aqibəti bəlli olub.

Dünən «Kəpəz»lə Premyer Liqanın 33-cü tur matçında komandasının ilk qolunu vuran braziliyalı vinger mayın sonunda buradan ayrılacaq.

Samir Abasov 22 yaşlı legionerin xidmətinə ehtiyac duymadığına dair qərarını rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçi «sambaçı»nın qeyri-sabit çıxış etməsini əsas gətirib.

Çalışdırıcının mövqeyini nəzərə alan rəsmilər də öz növbəsində «Baltika» tərəfini bununla bağlı məlumatlandırıb. Yəni ki, «ağ-qaralar» cənubi amerikalı yarımmüdafiəçini satınalma hüququndan yararlanmayacaq.

Aleks Braziliyada “Atletiko Mineyro” və “Santos”un U-20 komandalarında forma geyinib, 2022-ci ildə Bolqarıstan “Çerno More”sinə keçib.

2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

SPORTİNFO.AZ

Chosen
0
sportinfo.az

1Sources