EN

Hindistan Hərbi Hava Qüvvələrinə yüksək döyüş hazırlığı əmri verilib

Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək hazırlıqlı döyüş vəziyyətinə gətirilib.

 "Times of India" bu barədə Hindistan Hərbi Hava Qüvvələri komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Racastan və Pəncabdakı hərbi bazalarda qırıcı aviasiya və onların ekipajı təcili döyüş növbəsi aparmaq üçün daim hazır vəziyyətdədir.

Məlumatda həmçinin bildirilir ki, hərbi əməliyyatlarda Fransadan alınmış çoxməqsədli "Rafale" qırıcılarından istifadə oluna bilər.
 
 
 

Chosen
0
10
7news.az

10Sources