Hindistan Pakistanla sərhəddə Hərbi Hava Qüvvələrini döyüşə yüksək hazırlıq vəziyyətinə gətirib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən “The Times of India” qəzeti yayıb.
Bildirilib ki, döyüş tapşırıqlarının yerinə yetirilməsinə Fransadan alınan çoxhədəfli “Rafale” qırıcıları cəlb edilə bilər.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-si Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra kəskinləşib. Ötən həftə “The Economic Times” Pakistanın Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirdiyini yazmışdı.