EN

ABŞ-da Ukrayna ilə iqtisadi əməkdaşlıq ətrafında siyasi mübahisə böyüyür

BAKI, TurkicWorld

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrin, Ukrayna ilə təbii resurslar üzrə imzalanmış sazişin ölkəni böyük maliyyə xərcləri və hərbi öhdəliklər altına sala biləcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, konqresmen bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Ukraynadakı nadir torpaq mineralları Amerikanı sonsuz xərclərə və daimi müdafiəyə məhkum edə bilər”- deyə paylaşımda qeyd olunub.

Qrin hesab edir ki, ABŞ-ın öz mineral ehtiyatları var və onların işlənməsi sayəsində ölkədə yeni iş yerləri yaradıla bilər. Onun sözlərinə görə, bu sahədə irəliləyiş üçün federal hökumətin icazəsi vacibdir.

Konqresmen daha əvvəl də bildirib ki, Ukrayna ilə nadir metallar üzrə bağlanacaq istənilən razılaşma yeni bir müharibəni təşviq edə bilər.

Chosen
0
turkic.world

1Sources