EN

Rusiya bütünlüklə Ukraynadan imtina etməli olacaq - Tramp

"Rusiya bütün Ukraynadan imtina etməli olacaq, çünki onlar bütün Ukraynanı istəyirlər. Mən müdaxilə etməsəydim, onlar hazırda bütün Ukrayna üçün döyüşəcəkdilər.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsi və tariflərdən danışarkən deyib.

Rusiyanın sülh danışıqlarında nədən imtina etməli olduğuna dair danışan Tramp bu açıqlamaları verib: "Rusiya bütün Ukraynadan imtina etməli olacaq. Çünki Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, onlar hazırda bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya hazırda əlində olan ərazini deyil, bütün Ukraynanı istəyir. Mən olmasaydım, davam edəcəkdilər".

Donald Tramp Rusiya-Ukrayna müharibəsi danışıqlarında sülhün əldə olunmasına nə qədər yaxın olduqları sualına cavab olaraq deyib ki, tərəflərdən biri sülhə daha yaxındır: "Bir tərəflə daha yaxın olduğumuza inanıram, o biri ilə o qədər də yaxın deyilik. Amma zamanla görəcəyik. Hansı tərəfə daha yaxın olduğumuzu demək istəmirəm". 

Tehran,

Sitat.info

Chosen
0
1
sitat.info

3Sources