EN

Azərbaycan əvvəlki kimi Ermənistanla sülhə sadiqdir - Səfir Elin Süleymanovun "The Telegraph" nəşrindəki məqaləsindən

Bakı. Trend:

Azərbaycan səmimi olaraq Ermənistanla münasibətlərinnormallaşdırılmasına və regionda uzunmüddətli təhlükəsizliyin təminolunmasına can atır.

Trend xəbər verirki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov“The Telegraph”da dərc olunan məqaələsində bildirib.

Azərbaycanla Ermənistan arasındakı sülh prosesini qiymətləndirənSüleymanov, rəsmi Bakının Cənubi Qafqazda sabitliyinin qorunubsaxlanılmasına sadiqliyinin dəyişməz olaraq qaldığını vurğulayıb vəxaricdən qaynaqlanan ideoloji əngəllərlə bağlı xəbərdar edib.

2020-ci il münaqişəsinin nəticələrindən söz açan Süleymanovbunları deyib:

“Həlledici hərbi üstünlük əldə etdikdən sonra, AzərbaycanErmənistana sülh müqaviləsi və münasibətlərin normallaşdırılmasını,o cümlədən nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını təklifedib”.

Onun sözlərinə görə, Ermənistan bir neçə il ərzində prosesiuzadıb və yalnız bu yaxınlarda Bakının ta əvvəldən irəli sürdüyüşərtlərlə razılaşıb.

Səfir sülh sazişinin mətni üzrə razılaşmanın əldə olunmasınıalqışlayaraq, bunun vacib bir dönüş nöqtəsi olduğunu diqqətəçatdırıb. O bu razılaşmanın hər hansı vasitəçi olmadan birbaşaaparılmış danışıqların nəticəsi olduğunu xüsusi olaraq qeydedib:

"Üçüncü tərəflərin vasitəçiliyinin qeyri-effektivliyi artıfəaliyyətini de-fakto olaraq dayandırmış qeyr-işlək ATƏT MinskQrupunun timsalında açıq-aydın göstərdi".

Süleymanovun fikrincə, təkcə imzalanmış sənədin olması kifayətetmir. O, 1994-cü il Budapeşt Memorandumu ilə paralel apararaq bunudeyib: “Sazişin mətni təkbaşına davamlı sülhün təminatçısı olabilməz”.

Əsl normallaşmaya mane olan əsas amillərdən biri kimi səfirErmənistanın Konstitusiyasını göstərib. O bildirib ki, sənəddə“hələ də Azərbaycan torpaqlarının ilhaqını nəzərdə tutan müddəalaryer almaqdadır”. Bu isə onun sözlərinə görə, birbaşa şəkildərazılaşmada təsbit olunmuş ərazi bütövlüyü və suverenlikprinsiplərinə ziddir.

“Azərbaycanla sülhə qarşı çıxan nüfuzlu erməni siyasi qüvvələriöz konstitusiyalarını əsas gətirərək, beynəlxalq səviyyədə tanınmışərazilərimizə qarşı ərazi iddiaları irəli sürməkdə davam edirlər”,– deyə səfir əlavə edib.

Süleymanov Ermənistanda ictimai əhval-ruhiyyədə müsbətdəyişikliklər müşahidə olunduğunu da nəzərə çatdırıb: “Hətta başnazir Nikol Paşinyan etiraf etdi ki, Azərbaycanın öz torpaqlarınıazad etməsi Ermənistana öz suverenliyinə fokuslanmaq və xaricisiyasətdə daha geniş manevr imkanları əldə etmək fürsəti verdi”.Səfir əlavə edib ki, “hətta ən radikal erməni millətçiləri beləanlayırlar ki, etnik əsaslara söykənən dar düşüncəli siyasət buuzunmüddətli münaqişənin əsas səbəblərindən biri olub”.

Məqalədə eyni zamanda, xaricdə fəaliyyət göstərən ermənidiasporları və Qərb siyasətçilərin ünvanına tənqidlərsəsləndirilib. Süleymanovun fikrincə, onlar ideologiyanı faktdanüstün tuturlar. O xüsusi olaraq, britaniyalı mer lord Oltonun adınıçəkib. Onun sözlərinə görə, Olton sistematik olaraq Azərbaycanıtənqid edir və Qarabağda separatçılara başçılıq etmiş rusiyalıoliqarx Ruben Vardanyan kimi fiqurlara dəstək göstərir. Səfir qeydedib ki, Vardanyan “qanunsuz olaraq Moskvadan Azərbaycan ərazisinəatılıb” və müharibəni dəstəklədiyinə görə, adı Ukraynanın sanksiyasiyahısında hallanır.

Məqaləni barışıq tonunda yekunlaşdıran Süleymanov, mərhum PapaFransiskin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərixatırladıb. Papa ölkədə inklüzivlik mədəniyyətini yüksəkqiymətləndirərək, əsl sülhə çağırış etmişdi.

“İkiüzlülük və bölücü narrativlərdən uzaq bir sülhə doğru”, –deyə səfir Papa Fransiskin sözlərini təkrar edib və bütün tərəfləriideoloji mövqeləri bir kənara qoymağa, davamlı barışıq üzərindəfokuslanmağa səsləyib.

Chosen
0
az.trend.az

1Sources