EN

Azərbaycan-Rusiya münasibətlərində gərginlik yenidən son həddə çatıb

Ehtimal edilir ki, iki ölkə münasibətlərinin yenidən gərginləşməsində Rusiyanın ali dairələrində yüksək vəzifələr tutan erməni əsilli xarici işlər naziri Sergey Lavrov və erməni olduğunu açıq şəkildə bəyan edən baş nazir Mixail Mişustin dayanır.

Rusiyanın Moskvada II Dünya müharibəsində Almaniya üzərində qələbənin 80 illiyinə hazırlaşdığı və parad keçirməyə hazırlaşdığı bir vaxtda Bakı-Moskva münasibətlərində qarşı tərəfin günahı ucbatından növbəti gözlənilməz gərginlik əmələ gəlib. Buna səbəb isə Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Rusiyaya gedən Milli Məclisin deputatı Azər Badamovun adı çəkilən ölkənin hava limanından geri qaytarılması olub.

Rusiya tərəfi bunu Azər Badamovun arzuolunmaz şəxs elan edilməsi ilə izah edib. Halbuki bu barədə Rusiya öncədən Azərbaycana xəbərdarlıq etməli idi. Rusiyanın bu hərəkəti Bakıda kəskin etirazlarla qarşılanıb. Azərbaycan xarici işlər nazirliyi Rusiyadan dərhal məsələyə ayadınlıq gətirilməsini tələb edib və bu cür hərəkətlərin yolverilməz olduğunu, iki ölkə münasibətlərində xoşagəlməz izlər buraxdığını bildirib. Nazirliyin rəsmisi Ayxan Hacızadə bəyan edib ki, Azərbaycan Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyir.

Hələlik Azər Badamovun Moskvadan hansı səbəbə görə geri qaytarılması məlum deyil. Bununla belə güman edilir ki, Badamovum Rusiyaya girişinə qadağa qoyulması Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi cavablar olub.

Ümumiyyətlə qeyd edək ki, Rusiyada miqrantlara və qeyri-ruslara münasibətdə dövlət səviyyəsində qəbul edilən qərarlar adı çəkilən ölkədə nəinki aşağı, həm də rəsmi səviyyədə diskriminasiyanın artdığını, bunun az qala faşizm səviyyəsini yüksəldiyini göstərir. Təbii ki, Badamovun Rusiyaya buraxılmaması göstərir ki, bütün bunlar təsadüfi deyil və iki ölkə münasibətlərini dah da gərginlə.məsinə xidmət edir. Buna misal kimi Azərbaycana qarşı Rusiyanın hakerləri tərəfindən həyata keçirilən kiberhücumları və digərlərini göstərmək olar.

Halbuki iki ölkə münasibətlərində son vaxtlarda təyyarəmizin vurulması ilə bağlı əmələ gələn gərginlik nisbətən azalmaqda idi. Belə ki, son gərginlikdən əvvəl Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Bakıya səfər edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşmüşdü.

Dostluq və qarşılıqlı hörmət şəraitində keçirilən görüşdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim emişdi.

Gözləmək olardı kü bütün bunların müqabilində Rusiya tərəfinin Azərbaycana münasibətində müsbət istiqamətdə hansısa dəyişikliklər baş verəcək. Bununla belə hadisələrin gedişi göstərdi ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıda söylədiyi xoş sözlər baş aldatmaqdan başqa bir şey deyil və Putin Rusiyası Azərbaycanla gərginliyi daha da artırmaq siyasətini davam etdirir.

Məsələyə münasibət bildirən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə mətbuata açıqlamasında deyib ki, Azərbaycan Rusiya ilə dostluq münasibətlərini həmişə yüksək qiymətləndirib. Bu kimi hərəkətlər ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşmür. Onun sözlərinə görə, Rusiya prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir.

Ehtimal edilir ki, iki ölkə münasibətlərinin yenidən gərginləşməsində Rusiyanın ali dairələrində yüksək vəzifələr tutan erməni əsilli xarici işlər naziri Sergey Lavrov və erməni olduğunu açıq şəkildə bəyan edən baş nazir Mixail Mişustin dayanır.

Bütün bunlar isə Rusiya-Azərbaycan münasibətlərinindəki gərginliyin yaxın zamanlarda azalması ehtimalını sıfıra endirir.

Əziz Mustafa

Chosen
0
oxumeni.az

1Sources