EN

“Baku Open”: VIII turda Məhəmməd Muradlı Aydın Süleymanlıya qarşı

Bu gün “Baku Open” şahmat festivalında səkkizinci turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, son 7 turun oyunlarında Azərbaycan qrossmeysterləri hərəyə beş xal toplayıblar.

Xal hesabında Məhəmməd Muradlı və Aydın Süleymanlını liderdən bir qələbə ayırır. Turnirin lideri Avropa çempionu Aleksandr İndjiçdir. İkinci yerdə isə gürcü Baadur Cobava (5,5) qərarlaşıb.

“Baku Open”
VIII tur
5 may

Aleksandar İndziç (Serbiya) - Baadur Jobava (Gürcüstan)
Aydın Süleymanlı – Məhəmməd Muradlı
Murad İbrahimli - Nicat Abasov
Aditya Mittal (Hindistan) - Mixail Brodski (Ukrayna)
Read Səmədov – Əhməd Əhmədzadə
Xəzər Babazadə – A.İlamparti (Hindistan)

Yeddi turdan sonra turnir cədvəli: 1. Aleksandar İndziç (Serbiya) - 6 xal, 2. Baadur Jobava (Gürcüstan) - 5,5, 3. Məhəmməd Muradlı, 4. Aydın Süleymanlı - hərəyə 5 xal.

Qeyd edək ki, “Baku Open”in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən 700-ə yaxın şahmatçı iştirak edir.

İdman.biz

Chosen
0
idman.biz

1Sources