EN

Tramp yeni rüsumlar tətbiq edəcək

xəbər verir ki, “Truth Social” sosial media hesabında Donlad Tramp digər ölkələrin Amerika kinorejissorlarının və studiyalarının ölkədən kənarda fəaliyyət göstərmələri üçün əllərindən gələni etdiklərinin və ABŞ kino sənayesinin isə“çox sürətlə öldüyünü”yazıb.

“Biz filmlərin yenidən Amerikada çəkilməsini istəyirik”,- Ağ Ev rəhbəri bildirib.

Trampın filmlərə tarifləri necə tətbiq etmək planının aydın olmadığını vurğulayan “CNN” telekanalı bundan öz təəccübünü gizlətməyib.

- Kinematoqrafiya məhsulları idxal rüsumuna məruz qalan mallar hesab edilmir. Bununla belə, vergi güzəştləri digər şeylərlə yanaşı, ABŞ, Kanada və İrlandiya da daxil olmaqla dünyanın hər yerindən rejissorları cəlb edən kino sənayesinə şamil olunabilər”,- telekanal açıqlayıb.

Pekin Vaşinqtona şərt qoyub
“CNN” bildirib ki, xarici filmlərə 100% tarif tətbiq olunarsa, Trampın başlatdığı ticarət müharibəsi ilk dəfə qeyri-əmtəə idxalına da şamil ediləcək.

Xatırladaq ki, Donald Tramp aprelin əvvəlində dünyanın əksər ölkələri üçün ABŞ-yə idxal olunan məhsullara rüsumları artıracağını açıqlamışdı. Daha sonra Çin istisna edilməklə, demək olar ki, bütün ölkələrə artan tariflərin tətbiqi üçün son tarix təxirə salındı. Mayın əvvəlinə ABŞ-nin Çin mallarına ümumi tarifləri 145%, Çinin Amerika mallarına tətbiq etdiyi tariflər isə 125%-ə çatıb.

Bununla belə, bir neçə gün əvvəl Çinin “CCTV” dövlət televiziyası ilə əlaqəli “Yuyuantantian” hesabının sosial mediada yazdığına görə, ABŞ rəsmiləri müxtəlif kanallar vasitəsilə tarif danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.

Sahil İsgəndərov
Chosen
0
1
azvision.az

2Sources