Onun fikrincə, Hollivud və ABŞ-ın bir çox digər sahələri məhv olur: “Bu, digər dövlətlərin əlaqələndirilmiş səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir. Digər şeylərlə yanaşı, bu, həm də informasiya təsiri və təbliğat məsələsidir”.
Trampın filmlərə tarifləri necə tətbiq etmək planının aydın olmadığını vurğulayan “CNN” telekanalı bundan öz təəccübünü gizlətməyib: “Kinematoqrafiya məhsulları idxal rüsumuna məruz qalan mallar hesab edilmir. Bununla belə, vergi güzəştləri digər şeylərlə yanaşı, ABŞ, Kanada və İrlandiya da daxil olmaqla dünyanın hər yerindən rejissorları cəlb edən kino sənayesinə şamil oluna bilər”.
![]() |
Pekin Vaşinqtona şərt qoyub |
Xatırladaq ki, Donald Tramp aprelin əvvəlində dünyanın əksər ölkələri üçün ABŞ-yə idxal olunan məhsullara rüsumları artıracağını açıqlamışdı. Daha sonra Çin istisna edilməklə, demək olar ki, bütün ölkələrə artan tariflərin tətbiqi üçün son tarix təxirə salındı. Mayın əvvəlinə ABŞ-nin Çin mallarına ümumi tarifləri 145%, Çinin Amerika mallarına tətbiq etdiyi tariflər isə 125%-ə çatıb.
Bununla belə, bir neçə gün əvvəl Çinin “CCTV” dövlət televiziyası ilə əlaqəli “Yuyuantantian” hesabının sosial mediada yazdığına görə, ABŞ rəsmiləri müxtəlif kanallar vasitəsilə tarif danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.
Sahil İsgəndərov
AzVision.az