EN

Afina dəli oldu: Ərdoğanın bu sözləri yunanları sarsıtdı

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfər edib. O, səfər zamanı “TECHNOFEST-2025” festivalında iştirak edib.

Publika.az xəbər verir ki, səfər zamanı Ərdoğanın adada türk varlığı ilə bağlı verdiyi açıqlamalar Yunanıstan və Cənubi Kiprdə narahatlıq doğurub.

Afina hökuməti buna cavab olaraq Türkiyəni işğalçı olmaqda günahlandırıb. Afina keçmişdə Kipr türklərinə qarşı törədilən qırğınlara məhəl qoymayaraq və Türkiyənin iki dövlətli həll siyasətinə qarşı çıxaraq Kipri ​​yenidən birləşdirmək əzmində olduğunu bildirib.

Cənubi Kipr Rum Administrasiyasının prezidenti Nikos Kristodulidis də Ərdoğanın açıqlamalarına eyni şəkildə cavab verib.

O, “Adanın bir hissəsi 50 ildir işğal altındadır. Səfər Kıbrıs Türk xalqının əsl istək və iradəsi ilə uyğun olmaya bilər” kimi qalmaqallı açıqlamalar verib.

Chosen
0
2
publika.az

3Sources