EN

Çində turist qayıqları aşdı: 10 ölü, 70-dən çox yaralı

Çində güclü külək turist qayıqlarını aşırıb. Nəticədə 10 nəfər ölüb, 70-dən çox insan yaralanıb.Xilasetmə əməliyyatları davam edir.

Qaziler.az bidirir ki, bu barədə  "Reuters" agentliyinə istinadən məlumat yayıb.

Çinin cənub-qərbindəki Quyçjou əyalətində “güclü qəfil” külək dörd turist qayığını aşması nəticəsində 84 nəfəri çaya batdığı zaman faciə baş verib.

Hadisə mayın 4-də bazar günü baş verib.

Qəza nəticəsində 10 nəfər həlak olub. Onlardan 70-ə yaxın turist "həyati üçün təhlükə yaratmayan" vəziyyətdə xəstəxanalara çatdırılıb.

Artıq hadisə yerinə 500-ə yaxın xilasedici gəlib və Çin prezidenti Si Cinpin axtarış və xilasetmə işləri üçün maksimum resursların səfərbər edilməsini əmr edib. Daha 14 nəfərin axtarış-xilasetmə işləri aparılır.

QAZİLER.AZ

Chosen
0
qaziler.az

1Sources