EN

Ağdamda üç obyek sahibi cərimə olundu

Polis əməkdaşlarının ekoloji təhlükəsizliyin təmini istiqamətində tədbirləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində keçirilən növbəti tədbir zamanı müxtəlif ərazilərdə fəaliyyət göstərən avtoyuma məntəqələrindən çirkab sularının ətrafa axıdılması halları aşkar edilib. Tullantı sularının kənara təyinatsız axıdılmasına görə 3 obyektin sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bərdə rayonu ərazisində keçirilən tədbir zamanı isə qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb. Qanunsuz ağac kəsən bir nəfər müəyyən edilib və həmin şəxs barəsində Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Chosen
0
teleqraf.com

1Sources