Amerikalı sahibkar Elon Mask onun SpaceX şirkətinin baş qərargahının yerləşdiyi Texasdakı Starbase bazasının rəsmən müstəqil şəhərə çevrildiyini açıqlayıb.
Herbiand.az xəbər verir ki, X sosial şəbəkəsində Starbase bazasının şəhərə çevrilməsi xəbərini şərh edən Mask "İndi rəsmidir" yazıb.
ABC-nin məlumatına görə, ötən ilin dekabrında 70-dən çox yerli sakin Starbase-nin bələdiyyə kimi təsdiqlənməsi üçün səsvermə tələb edən petisiya imzalayıb. Petisiyanın mətnində Starbase-də 200-dən çox insanın yaşadığı göstərilir.
Starbase, 2010-cu illərdən Texasın Körfəz Sahilindəki Brownsville bölgəsində tikilməkdə olan super güclü Starship kosmik gəmisinin buraxılması üçün kompleksdir. 2024-cü ilin yanvarında yerli hakimiyyət federal hakimiyyət orqanlarından bölgənin rəsmi adı kimi Starbase-dən istifadə etməyi xahiş etdi.