EN

Amin Rzayev 15 mövsümün 15 yaşlıları arasında 3-cü oldu

“Qarabağ”ın müdafiəçisi Amin Rzayev Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün ən gənc futbolçusu olub.

Arena.az xəbər verir ki, “Sumqayıt”la 33-cü turun ev matçının (2:0) sonlarında meydana çıxmış müdafiəçi 15 yaş 204 günlüyündə debüt edib.

Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur.

O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/2011-ci illər mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb. Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.

Son 15 ilin 15 yaşlı debütantları:

  1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)
  2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)
  3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)
  4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)
  5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)
  6. Səbuhi Abdullazadə – 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)
Chosen
0
4
arena.az

10Sources