BAKI, 5 may. TELEQRAF
İran və ABŞ arasında dolayı danışıqların gedişatını (mümkün nəticələri – red.) müzakirə etmək hələ tezdir.
Teleqraf xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xameneyinin müşaviri Əli Laricani deyib.
İran rəsmisi hər hansı yekun nəticə çıxarmazdan əvvəl səbirli olmağı və hadisələri izləməyi zəruri hesab edir.
Laricani ABŞ dövlət katibi Marko Rubionun açıqlamasını şərh edərək, bunu ziddiyyətli adlandırıb: “ABŞ administrasiyası bir mövqedən çıxış etmir, müəyyən bəyanatları təkrarlayır, sonra onları dəyişdirir”.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bəyan etmişdi ki, Tehran uranın zənginləşdirilməsi və uzaqmənzilli raket proqramlarından imtina etməli, həmçinin Yəməndəki husilər kimi terrorçu qruplara və regional proksilərə dəstəyi dayandırmalıdır. Rubio əlavə edib ki, ABŞ İranın bütün nüvə və hərbi obyektlərinin təftişlərində iştirakda israrlıdır.
ABŞ Prezidenti Donald Tramp dünən təsdiqləyib ki, danışıqların əsas məqsədi İranın nüvə proqramını tamamilə ləğv etməkdir.