"Qarabağ"ın futbolçusu Amin Rzayev dünən keçirilən "Sumqayıt"la görüşdə Azərbaycan çempionatında debüt edib.

Offsideplus.az xəbər verir ki, o, cari mövsümün ən gənc futbolçusu olub. Amin bunu 15 yaşında etməyi bacarıb.

O, bunu son 15 mövsümdə edə bilən 6-cı oyunçu olub. Mütləq rekordçu isə Budaq Nəsirovdur.

Peşəkar Futbol Liqasının hazırladığı siyahını sizə təqdim edirik:

1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)

2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)

3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)

4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)

5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)

6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)