EN

Əmək bazarında ən qazanclı peşələr hansılardır? - AÇIQLAMA

İxtisas seçimi zamanı onun tələbatlılığı, gəlirli olması əhəmiyyətli məsələlərdəndir. Günümüzdə gənclərin bir çoxu bu məqama xüsusi diqqət yetirirlər, əmək bazarını araşdırırlar. Lakin bəziləri isə sırf sevdikləri peşələrə can atırlar.

Bəs hazırda ən qazanclı ixtisaslar hansılar hesab edilir?Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında deyib ki, xeyli sayda ixtisasları nümunə göstərmək olar:“İT, bu sahə üzrə yeni yaranan ixtisaslar – proqram təminat mütəxəssisliyi, süni intellekt sahəsi üzrə, kompüter elmləri, o cümlədən, rəqəmsal ekspertiza, marketinqi müşahidə edə bilərik. Həmçinin, maliyyə, iqtisadiyyat sferaları, hərbi hüquq, pedaqoji istiqamətli ixtisaslar, tərcümə : buraya Koreya, Çin, Yapon daxildir. Tibb üzrə - stomatologiya, tibb bacısı, biotexnologiya və psixologiya ixtisaslarını müşahidə edirik”.Lakin yüksək tələbatlı və gəlirli peşə seçimi nə qədər vacib amildirsə, insanın özünə uyğun gördüyü, sevdiyi ixtisasa yiyələnməsi də gərəklidir.

Zərintac MayisqızıMissiya.Az

Chosen
0
missiya.az

1Sources