EN

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri “əla” olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatında bildirilib. Rəsmi məlumata görə, ötənilki qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 50.44%-dir.

Qəbul imtahanlarında 315 məktəbin məzunları iştirak edib. 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı şəhərinin aşağıdakı təhsil ocaqlarının adları düşüb:

İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya;
Humanitar fənlər təmayüllü məktəb-lisey;
Texniki humanitar lisey;
2 saylı texniki-humanitar lisey;
147 saylı texniki-humanitar təmayüllü lisey;
İ.Hacıyev adına "Tərəqqi" liseyi;
“Zəngi” liseyi;
291 saylı Ekologiya liseyi;
287 saylı “Zəkalar” liseyi;
“Ankara Məktəbi” məktəb-liseyi;
62 saylı məktəb-lisey;
70 saylı məktəb-lisey;
220 aylı məktəb-lisey;
145 saylı tam orta məktəb;
161 saylı tam orta məktəb;
260 saylı tam orta məktəb.

Chosen
0
10
manset.az

10Sources