EN

Premyer Liqa: 47 heç-heçə ilə son 11 mövsümün rekordu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunda 3 heç-heçə qeydə alınıb.

Arena.az xəbər verir ki, “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.

Bununla da mövsüm ərzində qeydə alınmış heç-heçələrin sayı 49-a çatıb. Bu, son 11 mövsümün rekordudur. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/2016-cı mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/2014-cü illər mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Chosen
0
18
arena.az

10Sources