Bakı, 5 may, AZƏRTAC
Misli Premyer Liqasının XXXIII turunda 3 heç-heçə qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.
Bununla da mövsüm ərzində qeydə alınan heç-heçələrin sayı 49-a çatıb. Bu, son 11 mövsümün rekordudur. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/2016-cı illər mövsümündəki göstərici üstələnib.
Daha çox heç-heçəyə sonuncu dəfə 2013/2014-cü illər mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.