EN

ZELENSKİ PUTİNİN TƏKLİFİNİ RƏDD ETDİ - “Əgər kimsə ruslara inanırsa...”

Ukrayna Rusiyanın özünün elan etydiyi 3 günlük atəşkəsə riayət edəcəyinə inanmır. Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Praqada Çexiya Prezidenti Petr Pavellə birgə mətbuat konfransında deyib.

"Təəssüf ki, biz bu qonşuların kim olduğunu və ilk növbədə öz dövlətləri daxilində bəzi radikal siyasi dividentlər naminə nə etməyə hazır olduqlarını başa düşürük" deyən Zelenski Kremlin Pasxa bayramında elan etdiyi "atəşkəs" zamanı rus qoşunlarının 100-dən çox hücum təşkil etdiyini xatırladıb: "Yəni inam yoxdur, təxribatlar ola bilər. Amma bu, ruslardan asılıdır. Əgər kimsə hələ də onlara inanırsa, qoy bunu öz üzərlərində sınasınlar".

Ukrayna Prezidenti daha əvvəl bəyan etmişdi ki, Kiyev mayın 7-dən (yaxud hər hansı başqa gündən) atəşkəsə hazırdır, lakin bu, üç gün yox, 30 gün olmalıdır. O, ilk dəfə Vladimir Putinin atəşkəs təklifini açıq və rəsmi şəkildə rədd edib. Zelenski bu təklifi "böyük teatr tamaşası" adlandırıb./azpolitika.info/

Chosen
0
turkustan.az

1Sources