EN

Yarışın taleyi ilk dövrədə həll olundu ...

Əslində, yarışın taleyi yenə də birinci döngədə həll olundu, amma bu dəfə insidentdə iştirak edən sürücülərdən biri yox, arxada olan sürücülərdən biri qələbə qazandı.

Oskar Piastri mövsümdə 4-cü (ardıcıl 3-cü) qələbəsini qazanmaqla karyerasındakı qələbələrin sayını 6-ya çatdırıb. Beləliklə, avstraliyalı sürücü indi komanda yoldaşından çox qələbəyə malikdir. Mövsümün 4/1-dən sonra Oskar çempionatda liderliyini möhkəmlədib və komanda yoldaşı üzərində psixoloji üstünlük qurub.

Lando Norris isə qələbəni yenə də ilk döngədə əldən verib. Lando Maksa çırpılmaqdan yayındığı üçün geriləyib və rəqiblərini bir-bir keçib yenidən ikinciliyə yüksələndə komanda yoldaşı artıq 8 saniyədən çox fərq yaratmışdı. Yarışın sonuna qədər bu fərqi bağlamaq mümkün olmadı. Əvəzində komanda üçün mövsümdə 2-ci qələbə dublu və Mayamidən maksimum 60 xal – “McLaren”, məncə, 10-cu Mühəndislər kubokunu bayram edə bilər...

Corc Rassell isə növbəti podiumuna qalxıb - yenə də Təhlükəsizlik Maşını onun tərəfində olub - Corc ağ təkərlərlə start aldığı üçün daha çox trasda qalıb və pitdə daha az vaxt itirdiyi üçün yarışa 3-cü yerdə qayıdıb və bundan sonra sadəcə vəziyyətə nəzarət edib.

Əlbəttə, “Ferrari”nin komanda körpüsünün yarıtmaz işi barədə danışmamaq olmaz - əvvəlcə daha yumşaq təkərlərlə sürətli olan Lyuis Həmiltonun ötməsinə gec qərar verdilər, daha sonra isə artıq təkərləri ölmüş Lyuisin arxasında Şarl Lekleri ləngitdilər. Yaxşı ki, hələ Sayns onları keçmədi.

Günün qəhrəmanı isə Aleks Albondur – Uillyams Mayamidə “Ferrari”dən güclü idi.

Bizi isə iki həftədən sonra Avropada ilk yarış, Enzo və Dino Ferrarilərin adlarını daşıyan əfsanəvi İmola trası gözləyir...

Chosen
0
vaxt.az

1Sources