EN

"İnter"in qol silahı "Barselona"ya qarşı oynaya biləcək? - AÇIQLAMA

"İnter"in baş məşqçisi Simone İnzaqinin köməkçilərindən olan Massimiliano Farris komandanın hücumçusu Lautaro Martinesin Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab oyununda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb:

"Bu, sözün əsl mənasında zədə deyil. Ona görə də hələ bir az ümid var. Amma hazırda "hə"dən daha çox "yox" ehtimalı var. O, hələ məşq etməyib. Əlbəttə, biz mümkün olan hər şeyi edəcəyik, çünki matç böyük əhəmiyyət kəsb edir. Amma təəssüf ki, hazırda onun iştirak ehtimalı kifayət qədər azdır".

"İnter "in hücumçusu Lautaro Martines Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə ilk oyununda meydanı erkən tərk edib. Daha sonra o, heyətdən kənarlaşdırılıb. "İnter" rəsmi olaraq argentinalının budundan narahatlıq olduğunu açıqlayıb. Məlumata görə, Lautaroya omba əzələsində gərginlik diaqnozu qoyulub. Hücumçunun sağalma müddəti ilə bağlı məlumat yoxdur. Mətbuat Martinesin iki-üç həftə buraxacağını iddia edir. 

27 yaşlı forvard bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə "İnter" arasında ilk görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Milanlılarla cavab oyunu mayın 6-da baş tutacaq.

Mirağa

Chosen
0
9
fanat.az

10Sources