AZ

Levandovski zədələndi: “Real”la oyunu buraxacaq?

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatının 32-ci turunun “Selta” ilə matçında (4:3) zədələnib.

"Ölkə.az" xəbər verir ki, du barədə AS məlumat yayıb.

Hücumçu oyunun 78-ci dəqiqəsində bud nahiyəsini tutaraq meydanı tərk edib. Mənbənin sözlərinə görə, futbolçunun ilk müayinəsindən sonra Kataloniya soyunub-geyinmə otağında pessimist əhval-ruhiyyə hökm sürür.

Ola bilsin ki, onun bud sümüyü zədələnib. Diaqnoz təsdiqlənərsə, futbolçu ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu o demək olacaq ki, o, “Real”la (26 aprel) Kral Kuboku finalını buraxacaq. Onun Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq “İnter”lə (30 aprel) ilk oyunda iştirakı da şübhə altındadır.

Bu mövsüm polşalı futbolçu bütün turnirlərdə 45 oyun keçirib, 37 qol vurub və 3 məhsuldar ötürmə edib.(Publika.az)

Seçilən
149
9
olke.az

10Mənbələr