EN

Tramp: “Putin bütün Ukraynanı istəyir”

“Rusiyanı müharibə zamanı artıq zəbt etdiyi Ukrayna əraziləri qane etmir. Moskva Ukraynanın tamamilə ələ keçirilməsinə çalışır”. 

“Cebhenfo.az” xəbər verir ki, bunu  barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”-un “Meet the Press” proqramına müsahibəsində deyib.

“Meet the Press”in aparıcısı Kristen Uelker ABŞ Prezidentindən Rusiyanın Ukrayna ilə sülh sazişinin bir hissəsi olaraq nədən imtina etməli olduğunu soruşdu və o, “Bütün Ukrayna” deyə cavab verib.

Uelker Trampdan Rusiyanın zəbt etdiyi Ukrayna torpaqlarının bir hissəsini belə saxlamayacağını nəzərdə tutduğunu soruşub. O, başqa şeydən danışdığını deyib:

"Xeyr, yox. Rusiya bütün Ukraynadan imtina etməli olacaqdı. Çünki Rusiyanın istədiyi bütün Ukraynadır. Mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indiki zolağı istəmir. Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, daha da irəli getməyə davam edərdilər", - ABŞ Prezidenti bildirib.

Chosen
0
9
cebheinfo.az

10Sources