2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri “əla” olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib.
Bu barədə Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatında bildirlib.
Rəsmi məlumata görə, ötənilki qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 50.44%-dir.
Qəbul imtahanlarında 315 məktəbin məzunları iştirak edib.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı şəhərinin aşağıdakı təhsil ocaqlarının adları düşüb:
İ.Əfəndiyev adına «Elitar» gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına «Tərəqqi» liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı “Zəkalar” liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 saylı məktəb-liseyləri, 145, 161 və 260 saylı tam orta məktəbləri.
A.Qorxmaz