BAKI, 5 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini sülhə razı sala bilməsə, Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi ciddi səviyyədə artırmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.
Onun sözlərinə görə, bu, Rusiya liderini yola gətirmək üçün ciddi arqument olacaq.
Kubilius qeyd edib ki, indiyədək Aİ və ABŞ Ukraynaya hər il təxminən 40 milyard avro hərbi yardım edib: “İndi Ukraynaya 40 milyard avroluq silah yardımının həcmi iki dəfə artırılaraq, 80 milyarda çatdırıla bilər”.
Aİ rəsmisinin fikrincə, “güc vasitəsilə sülh” düsturu məhz belə işləməlidir.