EN

Netanyanun Bakı səfərini təxirə salmasının sirri: Nə baş verdi?

Netanyahunun Azərbaycana səfərinin təxirə salması “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi proseslərin gərgin qrafiki və təhlükəsizlik tədbirləri” göstərilsə də, İsrail mediası “Türkiyənin hava məkanını bağlaması” üzərində dayanır və qeyd olunur: “Netanyahu Bakıya planlaşdırılan səfərini ofisinin dediyi kimi regional hadisələr və “sıx siyasi və təhlükəsizlik qrafiki” səbəbindən yox, Türkiyənin “Wing of Sion” dövlət təyyarəsinin hava məkanından keçməsinə icazə vermədiyi üçün təxirə salmağa məcbur olub. Bu, ilk hadisə deyil. Prezident İssak Hersoq COP-29 tədbirinə də Türkiyənin hava məkanından keçid icazəsi vermədiyi üçün gedə bilməmişdi”.

İsraildən Azərbaycana fərqli marşrutlar da mövcuddur və məsələnin birbaşa “Türkiyə marşrutu” ilə bağlı olmadığı aydın görünür. İsrail mediasının Türkiyə üzərinə fokuslanmasının iki mümkün səbəbi ola bilər.

1. Səfərin təxirə salınmasının İsrailin istəyi olmadığını göstərmək;

2. Türkiyəni əsas günahkar kimi təqdim etməklə Bakı-Ankara xəttində narazılıq yaratmaq cəhdi;

Netanyahunun Bakı səfərini təxirə salmasının rəsmi səbəbləri real vəziyyətə adekvatdır:

- İsrail ordusu Qəzzaya hücumu genişləndirmək məqsədilə ehtiyatda olan minlərlə hərbçiyə çağırış göndərib;

- Husilərin hücumundan sonra İsrailin hava məkanında təhlükəsizlik problemləri yaranıb;

Chosen
0
5
publika.az

1Sources