EN

“Alkatras” həbsxanası yenidən açılır

Bakı. Trend:

ABŞ-nin məşhur “Alkatras” həbsxanası yenidən fəaliyyətəbaşlayacaq.

Trend xəbər verirki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp Truth Socialplatformasında paylaşım edib.

“‘Alkatras’ı bərpa etmək və açmaq! Amerika uzun müddətdir ki,əzab və zorakılıqdan başqa heç nə gətirməyən qəddar, təkrar cinayəttörədən canilərlə mübarizə aparır. Keçmişdə biz bu cür təhlükəlicinayətkarları dərhal həbs edərək cəmiyyətdən təcrid edirdik. Elədə olmalıdır. Artıq küçələrimizdə şər, qan tökülməsi və xaos yayancinayətkarlara dözməyəcəyik”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, “Alkatras” yenidən qurulacaq vəgenişləndiriləcək. Həbsxananın yenidən açılması barədə Tramp ABŞHəbsxanalar Bürosuna, Ədliyyə Nazirliyinə, FTB-yə və DaxiliTəhlükəsizlik Nazirliyinə göstəriş verib.

Tramp bu qərarın “qanun, nizam və ədalətin simvolu” olacağınıvurğulayıb: “Biz artıq cinayətkarların və ölkəyə qanunsuz gəlmişşəxsləri deportasiya etməyə imkan verməyən hakimlərin girovuolmayacağıq”.

Qeyd edək ki, “Alkatras” San-Fransisko körfəzində yerləşən eyniadlı adada yerləşir. 1912-ci ildə tikilmiş və 1963-cü ildəbağlanmış bu məşhur həbsxana sərt intizamı və təhlükəlicinayətkarlarla dolu olması ilə tanınıb. Mövcud olduğu dövrdə 14qaçış cəhdi qeydə alınıb, lakin heç biri uğurla nəticələnməyib –qaçanlar soyuq körfəz sularında həyatlarını itiriblər.

Chosen
0
1
az.trend.az

2Sources