AZ

“Alkatras” həbsxanası yenidən açılır

ABŞ-nin məşhur “Alkatras” həbsxanası yenidən fəaliyyətə başlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edib.

“‘Alkatras’ı bərpa etmək və açmaq! Amerika uzun müddətdir ki, əzab və zorakılıqdan başqa heç nə gətirməyən qəddar, təkrar cinayət törədən canilərlə mübarizə aparır. Keçmişdə biz bu cür təhlükəli cinayətkarları dərhal həbs edərək cəmiyyətdən təcrid edirdik. Elə də olmalıdır. Artıq küçələrimizdə şər, qan tökülməsi və xaos yayan cinayətkarlara dözməyəcəyik”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, “Alkatras” yenidən qurulacaq və genişləndiriləcək. Həbsxananın yenidən açılması barədə Tramp ABŞ Həbsxanalar Bürosuna, Ədliyyə Nazirliyinə, FTB-yə və Daxili Təhlükəsizlik Nazirliyinə göstəriş verib.

Tramp bu qərarın “qanun, nizam və ədalətin simvolu” olacağını vurğulayıb: “Biz artıq cinayətkarların və ölkəyə qanunsuz gəlmiş şəxsləri deportasiya etməyə imkan verməyən hakimlərin girovu olmayacağıq”.

Qeyd edək ki, “Alkatras” San-Fransisko körfəzində yerləşən eyni adlı adada yerləşir. 1912-ci ildə tikilmiş və 1963-cü ildə bağlanmış bu məşhur həbsxana sərt intizamı və təhlükəli cinayətkarlarla dolu olması ilə tanınıb. Mövcud olduğu dövrdə 14 qaçış cəhdi qeydə alınıb, lakin heç biri uğurla nəticələnməyib – qaçanlar soyuq körfəz sularında həyatlarını itiriblər.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr