EN

Tramp Rusiya və Ukrayna ilə bağlı “yaxşı müzakirələr apardığını” deyib

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı “yaxşı müzakirələr apardığını” bildirib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

“Orada çox nifrət var”, deyə Tramp təfərrüatları açıqlamadan əlavə edib.

Donald Tramp jurnalistlərin Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi planlaşdırıb-görmədiyini soruşduqda isə bildiriib ki, o, bunu bilmir.

Xatırladaq ki, Donald Trampın Səudiyyə Ərəbistanına səfəri mayın 13-dən 16-dək nəzərdə tutulub və onun ikinci prezidentlik dövründə ilk beynəlxalq səfəri olacaq. “Axios” portalının məlumatına görə, səfər çərçivəsində ABŞ prezidenti Fars körfəzi ölkələrinin dövlət başçıları ilə sammit keçirəcək. Ağ Ev rəsmi olaraq səfərin məqsədini açıqlamayıb.

Poliqon.info

Chosen
0
1
poliqon.info

2Sources