ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı “yaxşı müzakirələr apardığını” deyib. O, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
Söhbətə münasibət bildirən o, təfərrüatları açıqlamadan əlavə edib: “Orada çox nifrət var”.
Donald Tramp jurnalistlərin Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi planlaşdırıb-görmədiyini soruşduqdan sonra müzakirələrdən danışıb. ABŞ prezidenti cavab verdi ki, bu barədə düşünməyib.
Donald Trampın Səudiyyə Ərəbistanına səfəri mayın 13-dən 16-dək baş tutacaq və onun ikinci prezidentlik dövründə ilk beynəlxalq səfəri olacaq. Orada, ABŞ prezidenti Fars körfəzi ölkələrinin başçıları ilə sammit keçirəcək. Ağ Ev rəsmi olaraq səfərin məqsədini açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp və Vladimir Putin arasında mümkün görüş yeri kimi Rusiya və ABŞ nümayəndə heyətləri arasında artıq danışıqların aparıldığı Səudiyyə Ərəbistanının adı çəkilib.
//Samir Qurbanov, Editor.az