EN

Piastrinin cari mövsümdə 4-cü qələbəsi - avstraliyalı Mayami Qran Prisinin qalibi olub

"McLaren" komandasının pilotu Oskar Piastri Mayami Qran Prisinin qalibi olub.

İdman.biz xəbər verir ki, bu, avstraliyalının cari mövsümdə dördüncü qələbəsidir.

Onun komanda yoldaşı Lando Norris yarışda ikinci olub, ilk üçlüyü isə "Mercedes"in pilotu Corc Rassel tamamlayıb.

Dördqat və hazırkı dünya çempionu "Red Bull"dan Maks Ferstappen pouldan start götürdükdən sonra dördüncü, yeddiqat dünya çempionu və "Ferrari" komandasının pilotu Lyuis Hemilton isə səkkizinci yeri tutublar.

İdman.biz

Chosen
0
32
idman.biz

10Sources