AZ

Formula 1: Oskar Piastri Mayamidə də hamını qabaqladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 6-cı qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, cari mövsümün 6-cı yarışı Amerika Birləşmiş Ştatlarının Florida ştatında təşkil olunub.

Mayami qran-prisi “Maklaren”in pilotu Oskar Piastrinin qələbəsiylə yekunlaşıb. Avstraliyalı 23 yaşlı pilot 57 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun ardıcıl 3-cü, cari mövsümdə 4-cü, karyerası ərzində isə 6-cı qələbəsidir.

İkinci yeri son 4 ilin çempionu Maks Ferstappen (“Red Bull”) tutub. İlk üçlüyü “Ferrari”nin şərəfini qoruyan Şarl Lekler qapayıb.

Maraqlıdır ki, bundan əvvəlki Səudiyyə Ərəbistanı qran-prisində də ilk üçlükdə məhz bu ardıcıllıq qeydə alınmışdı.

Geridə qalmış 6 mərhələdən sonra Oskar Piastri 131 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 115 xalla ikincidir. Maks Ferstappen isə 99 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 246 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 141 xalla ikinci, “Red Bull” 105 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 7-ci qran-prisi İtaliyada keçiriləcək. Emiliya Romanyada baş tutacaq bu yarış mayın 18-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 131
  2. Lando Norris (Maklaren) – 115
  3. Maks Ferstappen (Red Bull) – 99
  4. Corc Rassell (Mersedes) – 93
  5. Şarl Lekler (Ferrari) – 53
  6. Kimi Antonelli (Mersedes) – 48
  7. Luis Hamilton (Ferrari) – 41
  8. Aleksander Albon (Uilyams) – 30
  9. Esteban Okon (Haas) – 14
  10. Lens Stroll (Aston Martin) – 14
  11. Yuki Tsunoda (Rasinq Bulls) – 9
  12. Pyer Qasli (Alpin) – 7
  13. Karlos Sayns (Uilyams) – 6
  14. Niko Hulkenberq (Zauber) – 6
  15. Oliver Berman (Haas) – 6
  16. İsaak Hacar (Rasinq Bulls) – 5
  17. Fernando Alonso (Aston Martin) – 0
  18. Liam Louson (Red Bull) – 0
  19. Cek Duen (Alpin) – 0
  20. Qabriel Bartoleto (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 246
  2. Mersedes – 141
  3. Red Bull – 105
  4. Ferrari – 94
  5. Uilyams – 37
  6. Haas – 20
  7. Aston Martin – 14
  8. Rasinq Bulls – 8
  9. Alpin – 7
  10. Zauber – 6
Seçilən
0
3
arena.az

10Mənbələr