Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
“Empoli”nin qonağı olan “Latsio” tək qolla qalib gəlib. “Atalanta” “Montsa” ilə səfər oyununda darmadağına sevinib. “Roma” isə “Fiorentina” ilə ev oyununu qələbə ilə başa vurub. “Bolonya” – “Yuventus” matçında da qalib müəyyənləşməyib.
35-ci tura mayın 5-də keçiriləcək “Cenoa” – “Milan” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
35-ci tur
2 may
Torino – Venesiya 1:1
Qollar: Vlaşiç, 75-pen – K.Peres, 36.
3 may
Kalyari – Udineze 1:2
Qollar: Zortea, 35 – Zarraqa, 27. Kristensen, 67.
Parma – Komo 0:1
Qol: Strefezza, 79.
Leççe – Napoli 0:1
Qol: Raspadori, 24.
İnter – Verona 1:0
Qol: Asllani, 9-pen.
4 may
Empoli – Latsio 0:1
Qol: Dia, 1.
Montsa – Atalanta 0:4
Qollar: De Ketelare, 12; 23. Lukman, 47. Breşianini, 88.
Roma – Fiorentina 1:0
Qol: Dovbik, 45+5.
Bolonya – Yuventus 1:1
Qollar: Froyler, 54 – Türam, 9.
5 may
22:45. Cenoa – Milan