EN

Super Liqa: “Fənərbağça” “Beşiktaş”a evdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Samsunspor” doğma meydanda “Eyüpspor”u 3 cavabsız qolla məğlub edib. Üç qolun qeydə alındığı “Adana Dəmirspor” – “Göztəpə” görüşü qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi oyununda isə “Fənərbağça” evdə “Beşiktaş”la üz-üzə gəlib. İstanbul derbisi “qara qartallar”ın səfər qələbəsiylə yekunlaşıb.

Super Liqada 34-cü tura mayın 5-də keçiriləcək “Kasımpaşa” – “Trabzonspor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
34-cü tur

2 may

Antalyaspor – Konyaspor 1:0
Qol: R.Safuri, 62.

3 may

Alanyaspor – Kayserispor 1:1
Qollar: Attama, 30-öz qapısına – R.Çivelek, 52.

Rizəspor – Qaziantep 2:0
Qollar: Sou, 77. Olavoyin, 90+4.

Qalatasaray – Sivasspor 4:1
Qollar: L.Torreyra, 9. Osimhen, 15; 31. B.A.Yılmaz, 21.

Hatayspor – Başakşəhər 2:4
Qollar: Strandberq, 4. Butobba, 56 – Pyontek, 9. Y.Sarı, 30. Brniç, 82. Fiqeyredo, 90+1-pen.

4 may

Samsunspor – Eyüpspor 3:0
Qollar: Dimata, 4. Y.E.Çift, 61. Marius, 90+5.

Adana Dəmirspor – Göztəpə 1:2
Qollar: A.Kol, 33 – K.Kanatsızkuş, 3. Nielsen, 9.

Fənərbağça – Beşiktaş 0:1
Qol: J.Fernandes, 44.

5 may

21:00. Kasımpaşa – Trabzonspor

Chosen
0
1
arena.az

5Sources