Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Kasımpaşa” doğma meydanda “Trabzonspor”la üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, Super Liqanın cari mövsümündə geridə qalmış 34 turdan sonra 83 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 75 xalla ikinci, “Samsunspor” 57 xalla üçüncü, “Beşiktaş” 55 xalla dördüncü pillədə qərarlaşıb. “Başakşəhər” 51, “Eyüpspor” 50, “Göztəpə” və “Trabzonspor” 46, “Kasımpaşa”, “Konyaspor” və “Antalyaspor” 43, “Qaziantep” 42, “Kayserispor” 41, “Rizəspor” 40 xal toplayıblar.
Türkiyə, Super Liqa
34-cü tur
2 may
Antalyaspor – Konyaspor 1:0
Qol: R.Safuri, 62.
3 may
Alanyaspor – Kayserispor 1:1
Qollar: Attama, 30-öz qapısına – R.Çivelek, 52.
Rizəspor – Qaziantep 2:0
Qollar: Sou, 77. Olavoyin, 90+4.
Qalatasaray – Sivasspor 4:1
Qollar: L.Torreyra, 9. Osimhen, 15; 31. B.A.Yılmaz, 21.
Hatayspor – Başakşəhər 2:4
Qollar: Strandberq, 4. Butobba, 56 – Pyontek, 9. Y.Sarı, 30. Brniç, 82. Fiqeyredo, 90+1-pen.
4 may
Samsunspor – Eyüpspor 3:0
Qollar: Dimata, 4. Y.E.Çift, 61. Marius, 90+5.
Adana Dəmirspor – Göztəpə 1:2
Qollar: A.Kol, 33 – K.Kanatsızkuş, 3. Nielsen, 9.
Fənərbağça – Beşiktaş 0:1
Qol: J.Fernandes, 44.
5 may
Kasımpaşa – Trabzonspor 1:1
Qollar: Bataqov, 18-öz qapısına – D.Sikan, 47.