EN

Zelenski: Ukrayna 3 milyon mərmi alacaq

Hazırda müharibəni tez bitirmək üçün bütün vasitələr mövcuddur.

Ukrayna Rusiya ilə müharibənin uzanmasını istəmir.

Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çex Respublikasının Prezidenti Petr Pavel ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda müharibəni tez bitirmək üçün bütün vasitələr mövcuddur.

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə barışığın qaçılmaz olması barədə bəyanatına fikir bildirib.

"Fikrimcə, əgər Ukrayna güclü olarsa, müharibə mümkün qədər tez bitəcək. ABŞ və Avropadakı həmkarlarımızın əlində bunun üçün bütün vasitələr var. Bir nömrəli vəzifə Amerika və Avropa arasında ittifaqı qorumaqdır. Rusiyanı tam və qeyd-şərtsiz atəşkəsə getməyə məcbur etmək lazımdır. Birləşmiş Ştatlar bunu təklif etmişdi və biz onu dəstəklədik. Bu, prioritet vəzifədir", - Ukrayna prezidenti bildirib.

Zelenski əlavə edib ki, Ukrayna 2025-ci ilin sonuna qədər 3 milyon mərmi almağa ümid edir. Onun sözlərinə görə, ruslar bunu bilməlidirlər.
"Bu, kiminsə uzun müharibə istəməsi demək deyil, biz onu bitirmək istəyirik. Bütün müharibələr bitir. Əminəm ki, diktator rejimlərinin, sadəcə müharibə prinsipləri, insanlara və onların hüquqlarına hörmətsizlik prinsipləri üzərində qurulmuş istənilən imperiyanın sonu çatdığı kimi bu müharibə də bitəcək", - Ukrayna prezidenti əlavə edib.

Chosen
0
1
operativmedia.az

2Sources