EN

Ukrayna İsraildən “Patriot” ALIR – ELAN EDİLDİ

Ukrayna yayda İsraildən “Patriot” hava hücumundan müdafiə sistemi alacaq – ABŞ rəsmiləri Trampın mövqeyini açıqlamaqdan imtina etdi

Ukrayna bu ilin yayında İsraildə yerləşən və hazırda təmir olunan “Patriot” hava hücumundan müdafiə sistemini əldə edəcək. Daha bir “Patriot” sisteminin isə Almaniya və ya Yunanıstan tərəfindən verilməsi nəzərdə tutulur. Bu barədə The New York Times nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, dörd ABŞ rəsmisi – hazırkı və keçmiş vəzifəli şəxslər – İsraildə yerləşən və artıq istifadə olunmuş “Patriot” sisteminin Ukraynaya göndərilməzdən əvvəl əsaslı təmirə ehtiyacı olduğunu bildiriblər. Onların sözlərinə görə, sistem Ukrayna Silahlı Qüvvələrinə bu yay təhvil veriləcək.

Bununla belə, rəsmilər ABŞ Prezidenti Donald Trampın bu qərara münasibətini şərh etməkdən imtina ediblər. Onlar həmçinin sistemin Ukraynaya göndərilməsi ilə bağlı qərarın Trampın Ağ Evə qayıtmasından əvvəl, yoxsa sonra verildiyini dəqiqləşdirməyiblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hüyitt isə qısa açıqlama ilə kifayətlənib:

“Prezident Tramp açıq şəkildə bildirib: o istəyir ki, Ukraynadakı müharibə başa çatsın və qırğınlara son verilsin”, – deyə Hüyitt bildirib, lakin əlavə təfərrüat verməkdən imtina edib.

NYT-nin məlumatına görə, hazırda Ukrayna ordusunun sərəncamında 8 ədəd “Patriot” sistemi var. Onlardan ikisi hazırda təmir olunur. İsraildən gələcək sistem və Almaniya və ya Yunanıstandan veriləcək əlavə bir batareya ilə birlikdə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin sayı 10-a çatacaq.

Natiq Səlim,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources