EN

Prokurorluq əməkdaşları "Bakı Marafonu 2025"də iştirak ediblər

Bakı. Trend:

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “BakıMarafonu 2025”də prokurorluq əməkdaşları da iştirak edib.

Trend xəbər verir ki, “Küləyəqalib gəl” şüarı altında keçirilən marafon idman mədəniyyətinininkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək vəcəmiyyətdə idmanın əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

Marşrutu ümumilikdə 21 km-lik məsafəni əhatə edən marafondapeşəkar idmançılardan tutmuş həvəskar iştirakçılara qədər bir çoxşəxs bu möhtəşəm yarışda iştirak edib.

Prokurorluq əməkdaşları da tədbirdə aktiv şəkildə iştirak edərəkidmanın və sağlam həyat tərzinin təbliği istiqamətində öz dəstəyinigöstəriblər.

Chosen
0
2
az.trend.az

4Sources