“Real”ın baş məşqçisi Karlo Ançelotti may ayının son həftəsində “Kral klubu”ndan ayrıldığını rəsmən elan edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssis eyni zamanda Braziliya millisinin “sükanı arxasına” keçmək qərarını da açıqlayacaq. Qeyd olunur ki, həmin vaxt “Bayer”in baş məşqçisi Xabi Alonsonun Madrid klubunun baş məşqçisi təyin olunacağı ilə bağlı rəsmi açıqlama veriləcək.