Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə arabir duman, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecÉ™ 10-15° isti, gündüz 20-25° isti, daÄŸlarda gecÉ™ 2-7° isti, gündüz 7-12° isti olacaq.Â