ABŞ-ın Kaliforniya ştatının Simi Vadisinin Vud Ranç ərazisində təyyarə yaşayış binalarının üzərinə düşüb.
Publika.az xəbər veror ki, bu barədə "ABC News" məlumat yayıb.
Telekanalın məlumatına görə, qəzaya uğrayan “Vans RV-10” şəxsi mülkiyyətdədir və evdə hazırlanmış hissələrdən yığılıb. Hadisə nəticəsində iki ev külə dönüb.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarənin yeganə sərnişini hazırda şəxsiyyəti məlum olmayan pilotdur. Hadisə yerinə 40-a yaxın yanğınsöndürən göndərilib. Ventura İlçe Yanğınsöndürmə İdarəsinin sözçüsü Andrev Dovd bildirib ki, evlərin içərisində heç kim xəsarət almayıb.