Premyer Liqanın XXXIII turunda üz-üzə gələn "Araz-Naxçıvan" və "Sabah" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
Sportinfo.az xəbər verir ki, “Liv Bona Dea Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov (20), qonaq komandadan isə Vinsent Till (43) adını tabloya yazdırıb.
Naxçıvan təmsilçisi i 55 xalla üçüncü, 41 xalı olan "Sabah" isə beşincidir.
“Araz-Naxçıvan” – “Sabah” 1:1
Qollar: Ülvi İsgəndərov, 20 = Vinsent Till, 43