EN

Xavi ərəblərin hədəfində

Jorje Jezuşun istefasından sonra baş məşqçi postu boş qalan “Əl-Hilal”ın hədəfindəki mütəxəssis bəlli olub.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Xavinin xidmətində maraqlıdır.

45 yaşlı ispaniyalı “Barselona”dan ayrıldıqdan sonra işsizdir. O, 2024-cü ilin yayında La Liqa təmsilçisini tərk edib.

Qeyd edək ki, ölkə çempionatında 2-ci pillədə qərarlaşan “Əl-Hilal” Asiya Çempionlar Liqası ilə yarımfinalda vidalaşıb.

İdman.biz

Chosen
0
idman.biz

1Sources